“Əminəm ki, hamı xoşbəxt olacaq” – “Bayern”in yeni baş məşqçisi

“Bayern”in yeni baş məşqçisi Vensan Kompani komandaya təyinatını şərh edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı mütəxəssis qürurlu olduğunu bildirib:

“Mən çox qürurlu və motivasiyalıyam. Məni təkcə idman direktorları Kristof Freund və Maks Eberl deyil, rəhbərliyin digər üzvləri də dəvət etmişdilər. İndi insanların mənim namizədliyimə əmin olub-olmamasının fərqi yoxdur. Meydandakı işimlə hər şeyi sübut etməyə çalışacam. Əminəm ki, hamı xoşbəxt olacaq”.

Kompani əvvəllər “Mançester Siti”nin futbolçusu kimi çıxış edib və komanda ilə 4 dəfə Premyer Liqanın qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button