“Komandaya kimin gələcəyini demək çox çətindir” – Luis Suares

İspaniyanın “Barselona” klubunun hücumçusu Luis Suares açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uruqvaylı futbolçu, Kataloniya klubunun hədəfində olduğu deyilən Neymar və Lautaro Martineslə bağlı danışıb:

“Komandaya kimin gələcəyini demək çox çətindir. Hər kəs Neymarı yaxşı tanıyır və biz də onu yüksək qiymətləndiririk. Hələ də meydanda çox böyük keyfiyyət göstərməyi bacaran futbolçudur.

Lautaro isə İtaliyada çox inkişaf edən və möhtəşəm keyfiyyətlərə sahib olan futbolçudur. Komandada sağlam rəqabət olanda, hər kəs eyni mübarizə aparacaq. Mübarizə aparmaq və komandaya kömək etmək üçün gələn futbolçular hər zaman daha yaxşı olacaq və klubu gücləndirəcək”.