“Real”a dəyər qatan oyunçular – Ancelottiyə görə

“Real”ın baş məşqçisi Karlo Ancelotti İspaniya La Liqasının 29-cu turunun “Kadis”lə görüşünü (2:0) şərh edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, komandaya dəyər qatan futbolçulardan danışıb:

“İlk hissə kifayət qədər uğurlu çıxış etməsək də, komandam yaxşı oynadı. Çətin epizodda qol vura bildik. “Kadis”lə görüşdə enerji və xoş əhval-ruhiyə nümayiş etdirdik.

Naço Fernandes, Marko Asensio və Dani Sebalyos komandaya dəyər qatırlar. Sabah məşq etməyən oyunçularla işləməli, sonra isə istirahət etməliyik”.

“Kral klubu” hazırda İspaniya çempionatının turnir cədvəlində 29 oyundan sonra 62 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button