“İndiki komandamızdan çox razıyıq” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının heyətindən razı olduğunu bildirib.

Komanda.az xəbər verir ki, 41 yaşlı mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib:

“Bizim 30 oyunçumuz var. Bu o deməkdir ki, hər şey hələ də dəyişə bilər, çünki transfer pəncərəsi hələ də açıqdır, biz buna hazırıq. İndiki komandamızdan çox razıyıq. Açığı, oyun baxımından təkmilləşdirmələrə ehtiyacımız var, bunu etməliyik. Ümumiyyətlə, komandadan çox məmnunam”.

“Arsenal” bu yay üç transfer edib. “Topçular” yarımmüdafiəçilər Deklan Rays, Kay Haverts və müdafiəçi Yurrien Timberi heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button