Yeni müqavilə təklifi gözləyir

“Real”ın yarımmüdafiəçisi Marko Asensio klubla müqaviləsini uzatmaq istədiyini bildirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu paytaxt təmsilçisində xoşbəxt olduğunu deyib:

“Ümid edirəm ki, yeni müqavilə imzalanacaq. Özümü “Real”da xoşbəxt hiss edirəm”.

Asensio bu mövsüm “kral klubu”nun heyətində 15 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. 26 yaşlı yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button