“Komandada 8 ildə etdiyim heç bir şeyin önəmi yox idimi?”

Keçən mövsümün sonunda PSJ-dən ayrılan Tyaqo Silva açıqlama verib.

Komanda.az “France Football”a istinadən xəbər verir ki, hazırda “Çelsi”nin şərəfini qoruyan müdafiəçi, Paris klubundan ayrılması ilə bağlı danışıb:

“Klubdan o cür ayrılmaq məni əsəbiləşdirdi. Elə ayrılığa layiq deyildim. Braziliyada karantində olanda klubun idman direktoru Leonardo mənimlə danışdı. Komanda ilə birlikdə daha iki ay Çempionlar Liqasında iştirak edib-etməyəcəyimi soruşdu, razılıq verdim.

PSJ-dəki bütün karyeram ərzində əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Komandada 8 ildə etdiyim heç bir şeyin önəmi yox idimi? Leonardo hər şeyi tələsik etdi. Bu, sadəcə mənə qarşı olmadı, klub tarixinin ən çox qol vuran futbolçusu olan Edinson Kavaniyə də eyni münasibəti göstərdilər.”