“Komanda Messisiz də problemlərin öhdəsindən gəlməlidir” – Valverde

“Barselona”nın baş məşqçisi Ernesto Valverde İspaniya La Liqasının ilk turunda “Atletik”ə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Valverde, 0:1 hesabıyla məğlub olduqları matçı belə şərh edib:

“İlk hissədə yaxşı oynaya bilmədik. Matçı idarə edə bilmirdik. İmkanlarımız var idi, ancaq hücumlarımızın kəsərini artırmaqda çətinlik çəkirdik.

İkinci hissə daha yaxşı oynamağa başladıq. Ancaq rəqib yaxşı müdafiə olunurdu. Luis Suares də zədələnib, oyundan çıxdı. Bu oyunda Lionel Messi də yox idi. Bu, bizim üçün itkidir. Amma komanda Messisiz də problemlərin öhdəsindən gəlməlidir”.