Klopp Salah haqda: “O, sadəcə dəlidir”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 9-cu turunda “Everton”la oyunda (2:0) hücumçu Məhəmməd Salahın çıxışına heyran olub.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis Salahın xarakterini tərifləyib:

“Salahda ən çox bəyəndiyim şey… Bu, onun inanılmaz statistikasıdır. Onun performansı əladır, o, sadəcə dəlidir. Salah heç vaxt dayanmayacaq, bu, onun xarakteridir. Bu, bizim üçün əladır”.

Salah bu görüşdə 75-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib və 90+7-ci dəqiqədə növbəti dəfə fərqlənib. 31 yaşlı misirli futbolçu bu mövsüm 9 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Liverpul” 20 xal toplayaraq Premyer Liqada birinci yerdə qərarlaşıb. Kloppun komandası növbəti turda evdə “Nottingem Forest”lə qarşılaşacaq. Oyun oktyabrın 29-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button