“Çətin olacağını bilirdik” – “Omoniya”nın futbolçusu

Kiprin “Omoniya” komandasının futbolçusu Andreas Asimenos Konfrans Liqasında “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi, 2:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Oynadığım üçün çox xoşbəxtəm. Düşünürəm ki, yaxşı oyun göstərdim və ümid edirəm ki, daha çox şans qazanacam.

Oyuna hazır idik və çətin olacağını bilirdik. İki real qol şansımız oldu, amma yararlana bilmədik. Sonda heç-heçə etdik.

Bu oyun artıq bitdi. Növbədə APOEL-lə oyun var. Bütün diqqətimizi bu oyuna yönəldəcəyik və qələbə üçün səfərə yollanacağıq”.