“Omoniya”nın legioneri “Qarabağ”la oyunu buraxacaq

Kiprin “Omoniya” klubunun futbolçusu Miks Diskerud Konfrans Liqasının qrup mərhələsində “Kayrat” (Qazaxıstan) və “Qarabağ”a qarşı keçiriləcək oyunları buraxacaq.

Komanda.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi zədə səbəbindən sözügedən qarşılaşmalarda iştirak etməyəcək.

“Omoniya” sentyabrın 16-da “Kayrat”ın qonağı olacaq. Nikosiya təmsilçisi sentyabrın 30-da isə “Qarabağ”ı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button