Əliyev oynadı, komandası darmadağına sevindi

Kiprdə təlim-məşq toplanışında olan “Ufa” klubu növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Rusiyanın Premyer Liqa təmsilçisi Latviyanın “Liepaya” klubuyla qarşılaşıb. Görüş “Ufa”nın 3:0 hesablı qələbəsiylə başa çatıb.

Azərbaycanlı futbolçu Azər Əliyev də sözügedən oyunun iştirakçısı olub. Əsas heyətdə matça başlayan Əliyev, 80-ci dəqiqədə əvəzlənib.

“Ufa”nın digər azərbaycanlı futbolçusu Turqay Möhbalıyev isə Kiprə aparılmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button