Kimsə buna inanmırsa, paltardəyişmə otağına girməsin – Kulibali

“Napoli”nin müdafiəçisi Xalidu Kulibali, İtaliya A Seriyasında “Fiorentina” ilə qarşılaşdıqları oyundan (0:0) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan müdafiəçi, çempion ola biləcəklərinə inandığını deyib:

“Fiorentina” ilk hissədə çoxlu təzyiqlər etid və bizim üçün çətin oldu. Ancaq ikinci hissədə bir neçə qol imkanlarımız oldu.

Çempion ola biləcəyimizə inanıram. Komanda yoldaşlarımdan kimsə buna inanmırsa, paltardəyişmə otağına girməsin. 8 xal fərqimiz olsa da, hələ də çempion olmaq şansımız var”.

“Yuventus” A Seriyasında 60 xalla 1-ci, “Napoli” isə 52 xalla 2-ci pillədə qərarlaşıb. Turin təmsilçisi bir oyun az keçirib.