“Kim “Barselona”da oynamaq istəməz ki?” – Depay

Son vaxtlar adı “Barselona” ilə yanaşı çəkilən “Lion”un futbolçusu Memfis Depay açıqlama verib.

Komanda.az xəbər verir ki, niderlandlı futbolçu millinin İspaniya ilə keçirdiyi yoxlama oyunundan (1:1) sonra Kataloniya klubuna keçəcəyi ilə bağlı iddialara cavab verib:

“Kim “Barselona”da oynamaq istəməz ki? “Barselona” möhtəşəm və dünyanın ən yaxşı komandalarından biridir. Lakin mənim hazırkı fikrim millinin oyunlarındadır. Daha çox çalışaraq, ən yaxşı olmaq istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button