“Keyn ilk mövsümündə inanılmaz nəticələr əldə etdi” – Levandovski

“Barselona”nın forvardı Robert Levandovski “Bayern”in hücumçusu Harri Keynin cari mövsümdəki çıxışını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı futbolçu, Keynin “Bayern”dəki ilk mövsümündə inanılmaz nəticələr əldə etdiyini bildirib:

“Əvvəla, Keyn “Bayern”dəki ilk mövsümündə inanılmaz nəticələr əldə etdi. Bunu heç kim gözləmirdi. Rekorddan danışsaq, çox çətin olacaq. O, 3 matçda 6 qol vurmalıdır”.

Levandovski 2014-22-ci illərdə “Bayern”də çıxış edib. Polşalı forvard Münhen klubunun tarixində Tomas Müllerdən sonra 2-ci bombardirdir.

Keynin Bundesliqada bu mövsümdə 35 qolu var. O, geridə qalan 3 turda daha 6 qol vursa, Almaniya çempionatının bir mövsümündə ən çox qol vuran Levandovskinin rekordunu təkrarlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button