“Keşlə”nin məşqçisi və inzibatçısı izahat verdi – Danışılmış oyunlarla bağlı

“Keşlə” klubunun əsas komandasının məşqçisi Mehman Babayev və komandanın inzibatçısı Asəf Səfərov danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəvət olunublar, onların izahatları alınıb.

Komanda.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin rəsmi saytı məlumat yayıb. Adı çəkilən şəxslər 2017-ci ildə “Binə” Futbol Klubundakı fəaliyyətlərinə görə izahat veriblər.

“Keşlə” klubu müvafiq araşdırmanın nəticələrindən sonra Mehman Babayev və Asəf Səfərovla bağlı yekun qərarını ictimaiyyətə açıqlayacaq.

Məlumatda, aparılan araşdırmaların “Keşlə” klubuna heç bir aidiyyatının olmadığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button