“Keşlə” Samir Məsimovla vidalaşdı – RƏSMİ

“Keşlə” yarımmüdafiəçisi Samir Məsimovla yolları ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, klubla Məsimov arasında imzalanmış əməkdaşlıq müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Keşlə” rəhbərliyi Məsimova karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, vaxtilə “Neftçi” və AZAL-da da çıxış etmiş, Azərbaycanın U-19 və U-21 yığma komandalarının şərəfini qorumuş Samir, 2018-ci ildən “Keşlə”də çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button