“Keşlə”nin Konfrans Liqası matçına azarkeş buraxılmayacaq – rəsmi

“Keşlə” bu gün Konfrans Liqasının 2-ci mərhələsinin ilk matçında Rusiyanın “Soçi” komandası ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “Fişt” stadionunda keçiriləcək qarşılaşmaya azarkeşlər buraxılmayacaq. Bu barədə “Soçi”nin mətbuat xidməti məlumat yayıb.

Bu qərar ölkədə koronavirusa yoluxma hallarının artması ilə bağlı qəbul olunub. Bilet alan azarkeşlərin pulu geri qaytarılacaq.

Daha əvvəl matça stadionun tutumunun 50 faizi qədər azarkeşin buraxılacağı bildirilmişdi.

Bu gün keçiriləcək “Soçi” – “Keşlə” matçı saat 20:00-da start götürəcək. Komandalar arasındakı cavab matçı iyulun 29-da, Bakıda olacaq.