“Keşlə” Antalyada sonuncu məşqinə çıxdı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Keşlə” bu gün səhər saatlarında sonuncu məşqə çıxıb.

Komanda.az xəbər verir ki, təxminən 1 saat davam edən hazırlıq əsasən bərpa xarakteri daşıyıb.

Qeyd edək ki, “Keşlə” sabah Bakı vaxtı ilə saat 13:00-da Slovakiyanın “Zemplin” klubuna qarşı yoxlama matçı keçirəcək. Komanda yanvarın 25-də Bakıya qayıdacaq və mövsümün ikinci yarısına hazırlığını davam etdirəcək.