Keçmiş hücumçu “Mançester Yunayted”i tənqid etdi

“Mançester Yunayted”in sabiq hücumçusu Endi Koul “qırmızı şeytanlar”ın müdafiə xəttindən danışıb.

Komanda.az “Betfred”-ə istinadən xəbər verir ki, keçmiş futbolçu “Mançester Yunayted”in müdafiəçilərin transferinə çoxlu pul xərcləməsinə baxmayaraq, uğurlu olmadığını bildirib:

“Son beş ildə klub mərkəz müdafiəçilərinin transferinə 150 milyon funt sterlinqdən çox sərmayə qoyub. Və bu müddət ərzində komandanın müdafiəsinin mərkəzində güclü oyunçusu yox idi. Düşünürəm ki, bu vəziyyətdən məyus olan təkcə mən deyiləm. Görünür, klub bunun əksini düşünür. Onların Premyer Liqada çempionluq yarışına qayıtmaq üçün hələ çox işi var”.

Endi Koul 1995-2001-ci illərdə “Mançester Yunayted”in formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button