“Sizə yalvarıram, bizə kömək edin” – VİDEO

Türkiyə milli komandasının keçmiş futbolçusu Gökhan Zan sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, o, ölkə ərazisində baş verən zəlzələ səbəbindən çətin duruma düşən yerli əhalinin vəziyyətini şərh edib və kömək istəyib:

“Kömək yoxdur, su yoxdur. Biz heç nə edə bilmərik. Hatay xaricində yaşayanlar, yalvarıram sizə, bizim səsimiz olun, yardım edin. Burada vəziyyət çox acınacaqlıdır. İnsanlar qırılır. Heç birinizi tanımıram, amma sizə yalvarıram: bizə kömək edin.

İnternet bağlantısı hazırda çox zəifdir. Telefonumun enerjisi də bitəcək. İnsanların fəryadları, yaşlı qadınlar, çökən binada gözləyənlər…Heç nə edə bilmirlər. Yaşlı bir qadının məni səsləməsi hələ də qulağımdadır: “Oğlum, yalvarıram, mənə kömək et”. Əlimdən heç nə gəlmir. Bu, çox pisdir”.

Fevralın 6-da Türkiyənin cənubundakı Kahramanmaraş ərazisində 7,7 bal gücündə silsiləli zəlzələlər qeydə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button