“Kayserispor”un finaldakı rəqibi bəlli oldu

Futbol üzrə Türkiyə kubokunda sonuncu finalçı müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu gün yarımfinalın cavab oyunları çərçivəsində “Sivasspor” və “Alanyaspor” komandaları üz-üzə gəlib.

Səfərdə baş tutan ilk oyunda 2:1 hesabıyla qalib gələn Sivas təmsilçisi cavab oyununda bu üstünlüyünü qoruyub və finala vəsiqə qazanıb.

Bu komandanın finaldakı rəqibi “Kayserispor” olacaq. Həlledici matç mayın 26-da keçiriləcək.

Türkiyə kuboku, yarımfinalın cavab oyunları

10 may

Kayserispor – Trabzonspor 4:2
Qol
: E.Başsan, 48; 90+6. Hosseini, 59. Tiam, 90+1-pen – Nvakaeme, 3-pen. Bakasetas, 82.
İlk oyun – 0:1.

11 may

Sivasspor – Alanyaspor 1:1
Qol
: H.Arslan, 88 – Dyedyu, 78.
İlk oyun – 2:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button