“Kayserispor” “Trabzonspor”u finala buraxmadı

Futbol üzrə Türkiyə kubokunda ilk finalçı bəlli olub.

Komanda.az xəbər verir ki, “Kayserispor” “Trabzonspor”la cavab oyununda 4:2 hesablı qələbə qazanmaqla finala yüksəlib.

Səfərdə baş tutan ilk oyunda 0:1 hesabıyla uduzan Kayseri təmsilçisi ümumi hesabda 4:3 hesabıyla üstün olub.

“Kayserispor”un finaldakı rəqibi mayın 11-də keçiriləcək “Sivasspor” – “Alanyaspor” matçında müəyyənləşəcək. Bu komandaların ilk matçında Sivas təmsilçisi 2:1 hesabıyla üstün olub.

Türkiyə kuboku
Yarımfinalın cavab oyunu

10 may

Kayserispor – Trabzonspor 4:2
Qol
: E.Başsan, 48; 90+6. Hosseini, 59. Tiam, 90+1-pen – Nvakaeme, 3-pen. Bakasetas, 82.
İlk oyun – 0:1.

11 may

21:30. Sivasspor – Alanyaspor
İlk oyun – 2:1.