“İndi başa düşürəm ki, o vaxt səhv etmişdim” – Ballak

“Çelsi”nin sabiq futbolçusu Mixael Ballak karyerası ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, 2010-cu ildə “zadəganlar”dan ayrılaraq, “Bayer”ə qayıtmaq qərarının yanlış olduğunu etiraf edib:

“Həmin vaxt “Çelsi”nin baş məşqçisi Karlo Ançelotti komandada qalmağımı istəyirdi, amma klub mənim yaşımda futbolçulara sadəcə bir illik müqavilə təklif edirdi. Mən isə iki illik, yeni müqavilə tələb edirdim. İndi başa düşürəm ki, o vaxt səhv etmişdim. Bir illik olsa belə, “Çelsi”də qalmalı idim. “Bayer”ə qayıdacağımı düşünməmişdim, son ana qədər “Çelsi” də ortaq yol tapacağımıza inanırdı. Karyeramın sonuna qədər “Çelsi”də qalmaq istəyirdim”.