Karrikə yeni müqavilə təklif oluna bilər

“Mançester Yunayted” rəhbərliyi yeni baş məşqçi Maykl Karrikin komandadakı performansından təsirlənib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi, uğurları davam edərsə, 44 yaşlı mütəxəssisi növbəti mövsüm üçün saxlamağı düşünür.

Karrik yanvar ayının ortalarında “qırmızı şeytanlar”ın baş məşqçisi vəzifəsinə təyin olunub. Tərəflər arasında müqavilənin müddəti bu yay başa çatmalıdır.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 25 turundan sonra 44 xalla turnir cədvəlində 4-cü yerdədir. Komanda lider “Arsenal”dan 12 xal geridədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button