Karate: Avropa çempionatının keçiriləcəyi ölkə bilindi

Karate üzrə 2023-cü il Avropa çempionatına ev sahibliyi edəcək ölkənin adı açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Dünya Karate Federasiyasının (WKF) rəsmi saytı məlumat yayıb. Qərar qurumun Türkiyənin Qaziantep şəhərindəki keçirilən konqresində qəbul edilib.

Toplantıya EKF-in İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da qatılıb.

Yarışın İspaniyanın Qvadalahara şəhərində təşkili qərara alınıb.

Bu gün Qaziantepdə Avropa çempionatı start götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button