Kapello “Yuventus”un problemlərindən danışdı

“Milan”, “Yuventus”, “Real”, İngiltərə, İtaliya və Rusiya millilərinin sabiq çalışdırıcısı Fabio Kapello “Yuventus”un cari mövsümdəki problemlərindən danışıb.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis hazırda “Milan”ın “Yuventus”dan daha rəqabətli olduğunu bildirib:

“İlk növbədə onu deyim ki, Massimiliano Alleqri İtaliya derbisindən əvvəl “Yuventus”u “İnter”ə yaxın saxlayaraq möcüzələr yaratdı. İki komandanı keyfiyyət baxımından müqayisə etmək olmaz və hətta hazırda ikinci yerdə olan “Milan” da “qoca sinyora”dan daha rəqabətlidir. “İnter”lə qarşılaşma “Yuventus”un oyunçularına iki komanda arasındakı fərqi göstərdi və bu onlara çox təsir etdi. Adrenalin və konsentrasiya azalıb və bu geriləmə dövrü bunun nəticəsidir.

“İnter” mərkəz yarımmüdafiədə daha yaxşı mövqeyə malikdir. “Milan” sol cinahdakı Teo Hernades və Rafael Leao ilə 90 dəqiqə ərzində hər şeyi edə bilər. “Yuventus”da Rabiot həlledici amildir və təsadüfi deyil ki, komandanın problemləri fransalı futbolçunun ən yaxşı vəziyyətdə olmadığı vaxtlarda başlayıb”.

“Yuventus” 29 oyunda topladığı 59 xalla A Seriyasının turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button