
Kanselo ancaq bu klubda oynamaq istəyir
“Əl-Hilal”ın müdafiəçisi Joao Kanselo karyerasını yenidən “Barselona”da davam etdirməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu yalnız Kataloniya klubunda çıxış etmək istəyir və tərəflərin razılığa gələcəyinə ümid edir. Transferlə bağlı vəziyyətə yaxın günlərdə aydınlıq gələcək. “Barselona” rəhbərliyi də sözləşməni mümkün qədər tez yekunlaşdırmağa çalışır.
Kanselo ötən mövsümün ikinci yarısını, eləcə də 2023/24 mövsümünü icarə əsasında “Barselona”da keçirib. Hər iki halda 32 yaşlı müdafiəçi La Liqa klubunda yalnız müvəqqəti müqavilə əsasında çıxış edib.
“Transfermarkt” portalının məlumatına görə, Kanselonun hazırkı bazar dəyəri 8 milyon avrodur. Onun “Əl-Hilal”la müqaviləsinin müddəti gələn ilin ortalarında başa çatacaq.
Bizi Facebook-da izləyin



