Kamran Əliyevin komandasına 1 qol bəs etdi

Futbol üzrə Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Ural”la qarşılaşıb. Əliyevin komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.

Kamran bu matçın iştirakçısı olmayıb. Əliyev sonadək ehtiyatda qalıb.

28 turdan sonra 44 xalı olan “Ximki” 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.