“Kəpəz”i seçməyimdə klubun transferimdə israrı həlledici rol oynadı”

“Kəpəz”in yeni transferi Adama Niane klubun mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, malili forvard bir neçə təklifinin olduğunu, amma sonda Azərbaycan klubuna üstünlük verdiyini bildirib və bu keçidin “Kəpəz” üçün xeyirli olacağına inamını ifadə edib:

“Gəncəyə gəldiyimə görə qətiyyən peşman deyiləm, əksinə sevincliyəm. Yaxşı kollektivimiz var. Uşaqlar bir-birilərinə qarşı mehribandılar. İlk gəldiyim gündən doğma insan kimi qarşılandım. Bu da xoş gəlir. Özümü yad hiss etmirəm. “Kəpəz”i seçməyimdə klubun transferimdə israr göstərməsi həlledici rol oynadı. Hiss etdim ki, bu komandaya daha çox lazımam. Mənə hədsiz inandılar, və bu, məni sevindirir. Odur ki, əlimdən gələni və gəlməyəni edib etimad göstərənləri peşman etməməyə çalışacam. Məqsədim komanda üçün xeyirli olmaqdır”.
Niane əlavə edib ki, onun gəlişi hücum xəttinə güc qatacaq: “Təkcə klubun yox, mənim də belə komandaya ehtiyacım var. Ümidlər böyükdür, bunu başa düşürəm. Qollar və ya məhsuldar ötürmələrlə kollektivə yardımçı olaram. Məşqlərdə əzmlə hazırlaşırıq. Hücum xəttinin gücünü artırmalıyıq. Böyük tarixə malik kluba gəlmişəm, bunu yaxşı bilirəm. İnşallah, “Kəpəz” üçün ən yaxşısı nədir, meydanda onu edəcəm. Üzərimə düşən iş komandanın ön xəttini gücləndirməkdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button