“Kəpəz” Tovuzdan qələbə ilə döndü

Birinci divizionda mövsümün qalan hissəsinə hazırlaşan “Kəpəz” növbəti yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Gəncə klubu səfərdə “Turan Tovuz”la qarşılaşıb.

Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Samir Qurbanov və Emil Qasımov vurub.