Juninyodan çempionluq açıqlaması: “Gözləmirdim”

“Qarabağ”ın hücumçusu Olavio Juninyo Premyer Liqanın 28-ci turunun “Kəpəz”lə matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu ona təkliflərin olub-olmamasına da aydınlıq gətirib:

“Qarabağ”da ilk titulumla yanaşı, elə peşəkar idmançı kimi də birinci titulumdur. Bu da mənə əlavə sevinc bəxş edir. Hər mövsümdən öncə klub qarşısına hədəflər qoyur. Bu da görülən işlərin nəticəsidir. Əslinə qalsa, bu qədər erkən çempionluğu gözləmirdim. Amma planımızda var idi.

Fransa klublarından təkliflə bağlı heç bir məlumatım yoxdur. Əgər varsa da, agentim bu işlərlə məşğul olur. Gələcək və özü mənə lazım olan məlumatları verəcək. Şəxsən mənim özüm heç bir məlumata sahib deyiləm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button