Jiru Anrinin rekordunu təkrarladı, Mbappe…

Qətərdə keçirilən dünya çempionatında Avstraliyaya qarşı keçirdikləri oyun Fransa millisinin hücumçusu Olivye Jiru üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, İtaliyanın “Milan” klubunun formasını geyinən təcrübəli futbolçu yığmanın sabiq hücumçusu Tyeri Anrinin rekordunu təkrarlayıb.

Bu oyunda dubl edən 36 yaşlı forvard 51 qolla bombardirlər siyahısında zirvəyə şərik olub. Təcrübəli forvard 32-ci və 71-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. O, hazırda Anri ilə birlikdə ilk sıranı bölüşdürür.

Jiru həm də mundiallar tarixində Fransa yığmasının formasını geyinmiş ən yaşlı oyunçuya çevrilib – 36 yaş 53 gün.

Avstraliya ilə oyunda fərqlənən Kilian Mbappe isə mundiallarda 5 qol vuran ən gənc fransalı futbolçu kimi tarixə düşüb. Bu göstərici üzrə 2-ci pillədə Jüst Fonten qərarlaşıb. O, 1958-ci ildəki dünya çempionatında 5 qol vurarkən 24 yaşında olub.

Mbappe həm də 24 yaşı tamam olana qədər iki mundialda qol vurmağı bacaran 4 futbolçudan birinə çevrilib. Ondan öncə yalnız üç futbolçu buna nail olub:

Pele – 1958 və 1962
Tostao – 1966 və 1970
Maykl Ouen – 1998 və 2002
Kilian Mbappe – 2018 və 2022

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button