Jelko Sopiç: “Sabah” “Barselona” deyil”

“Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun xorvatiyalı çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:

  • Düşünürən ki, 70-75 dəqiqə gözəl oynadıq. 90 dəqiqə yüksək səviyyədə oynaya bilmərik, biz “Barselona” deyilik. Buraya gələndən sonra ilk dəfə ən yaxşı 70-75 dəqiqəlik oyunumuz idi. “Sumqayıt”ın formada olduğunu bilirdik. Yarımmüdafiəçiləri güclü idi. Bu üzdən onların paslaşmasına icazə vermək istəmirdik.
  • Hər iki qolda Amadu Diallo iştirak etdi. Bunu düşünürdüz?
  • Hər zaman oyunun gedişatını izləyirsiz. Hiss etdik ki, sol cinahdan yaxşı hücum edə bilərik. Diallo oyunda fərqlilik yaratdı. Digər iki əvəzetmə haqda bunu deyə bilməzdim. Heyətdə üç limit oyunçu var idi. Kim özünü göstərəcəksə, onlar da oynayacaq. Lazım gəlsə, 5 gənc də oynadarıq.
  • Bəhlul və Təmkin nə üçün yox idi?
  • Sarı vərəqə cəzalısı idilər.
  • Onları əvəz edənlər gələcək üçün hansısa siqnal verdimi?
  • Komandadakı bütün futbolçular mənim üçün eynidi. Adı olub, heç nə etməyən oyunçunu nə edirəm?

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button