İvan Rakitiç Bakıya gələsi olmadı

AÇ-2020-nin seçmə mərhələsində Slovakiya və Azərbaycanla qarşılaşacaq Xorvatiya millisinin heyətində dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, “Barselona”nın futbolçusu İvan Rakitiç Xorvatiya yığmasının heyətindən çıxarılıb. Bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Rakitiçin tam hazır olmadığı üçün bu qərarı verdiyini bildirib:

“Rakitiçlə dünən danışdım. Klubdakı taleyi hələ də müəyyənləşməyib və milli komanda üçün hazır deyil”.

Rakitiçin yerinə milliyə “Kalyari”dən Marko Roq dəvət olunub.

Xorvatiya millisi AÇ-2020-nin seçmə mərhələsində növbəti iki oyununu səfərdə keçirəcək. Zlatko Daliçin rəhbərlik etdiyi komanda sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycan millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button