İddia: “Tottenhem” Fonsekayla anlaşıb

İtaliyanın “Roma” klubundan ayrılan Paulo Fonseka İngiltərədə çalışa bilər.

Komanda.az xəbər verir ki, 48 yaşlı mütəxəssis “Tottenhem” komandasına baş məşqçi təyin oluna bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Fonsekanın London klubu ilə üç illik razılaşma əldə etdiyi bildirilib.

Fonseka 2019-2021-ci illər aralığında “Roma”nı çalışdırıb. Portuqaliyalı mütəxəssisin “canavarlar”la müddəti bitən müqaviləsi yenilənməyib.