“Napoli”nin hücumçusunun dönəcəyi vaxt bilindi

İtaliyanın “Napoli” klubunun futbolçusu Dris Mertensin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.

Komanda.az xəbər verir ki, bu ayın əvvəlində çiynindən əməliyyat olunan belçikalı hücumçu oktyabra qədər futbol oynaya bilməyəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İtaliya A Seriyasında yeni mövsümə avqustun 22-də start veriləcək. “Napoli” ilk turda “Venetsiya” ilə qarşılaşacaq.