“Milan”ın məşqçisi də koronavirusa yoluxdu

İtaliyanın “Milan” klubunun məşqçisi Cakomo Murelli koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Murellinin koronavirus testinin nəticəsinin müsbət çıxdığı bildirilib.

Baş məşqçi Stefano Piolinin köməkçisi olan Murelli karantinə alınıb. “Milan” bir neçə gün əvvəl Piolinin də koronavirusa yoluxduğunu açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button