“Çelsi” “Milan”ın futbolçusu ilə maraqlanır

İtaliyanın “Milan” klubunun futbolçusu Teo Hernandes karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, fransalı müdafiəçi ilə “Çelsi” klubu yaxından maraqlanır. Bu barədə İspaniyanın “El Nacional” nəşri məlumat yayıb.

“Çelsi” uzun müddətlik sıradan çıxan Ben Çilluelin əvəzinə Teonu heyətinə qatmaq istəyir.

24 yaşlı futbolçunun “Milan”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button