“Milan”ın 2 futbolçusu sıradan çıxdı

İtaliyanın “Milan” klubu iki ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın futbolçuları İsmael Bennaser və Matteo Qabbiya zədələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Hər iki futbolçu “Milan”ın A Seriyasının 11-ci turu çərçivəsində “Parma”ya qarşı keçirdiyi oyunda zədələnib.

Qabbiya və Bennaserin son durumu tibbi müayinədən sonra bilinəcək.

“Milan” – “Parma” matçı 2:2 hesabıyla bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button