“Milan” fransız futbolçu ilə güclənir – 5 illik müqavilə

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Lion”dan Pyer Kalulunu transfer etməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

20 yaşlı futbolçu azad agent kimi “Milan”a keçəcək. Fransız müdafiəçi yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.

“Lion”un yetirməsi olan Kalulunun müqaviləsi iyunun 30-na qədərdir. Müdafiəçi “Lion”un əsas komandasında debüt etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button