“Milan” İbrahimoviçlə müqaviləni yenilədi

İtaliyanın “Milan” klubu futbolçusu Zlatan İbrahimoviçlə müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, bu barədə “Tuttomercato” nəşri məlumat yayıb. Xəbərdə, 39 yaşlı hücumçu ilə bir illik yeni müqavilə imzalandığı bildirilib. Razılaşma ilə bağlı rəsmi məlumat yaxın zamanda veriləcək.

İbrahimoviç bu mövsüm A Seriyasında 16 oyunda 15 qol vurub. İsveçli futbolçunun əvvəlki müqaviləsi iyula qədər idi.