“Milan” İbrahimoviçlə müqaviləni yenilədi – rəsmi

İtaliyanın “Milan” klubu futbolçusu Zlatan İbrahimoviçlə müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İbrahimoviçlə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb. 39 yaşlı hücumçu yeni müqavilə ilə illik 7 milyon avro qazanacaq.

İbrahimoviç bu mövsüm “Milan”la A Seriyasında 17 oyuna 15 qol vurub.