“Milan” üçün Şevçenko iddiası

İtaliyanın “Milan” klubu baş məşqçisi Marko Campaolo ilə yollarını ayırmağa hazırlaşır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, artıq Campaolonun yerinə baş məşqçi postuna əsas namizədlər bəlli olub.

“Milan”da Campaolo ilə yollar ayrılacağı təqdirdə, baş məşqçi postuna Andrey Şevçenko və Massimiliano Alleqri əsas namizəddir. Şevçenko hazırda Ukrayna milli komandasını çalışdırır. Onun keçmiş klubuna qayıtmağa müsbət yanaşdığı bildirilir.

Hazırda işsiz olan Alleqri isə yenidən “Milan”a qayıtmaq niyyətində deyil. Onun İngiltərədə klub çalışdırmaq variantını daha üstün tutduğu bildirilir.

Alleqri 2010-2014-cü illər aralığında “Milan”da çalışıb.

“Qırmızı-qaralar” hazırda A Seriyasında 6 turdan sonra 6 xalla 16-cı sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button