“Latsio” İmmobileylə müqaviləni yenilədi – rəsmi

İtaliyanın “Latsio” klubu futbolçusu Çiro İmmobilenin müqaviləsini yeniləyib.

Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçuyla müddəti 2025-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İmmobile son mövsümdə İtaliya A Seriyasında 36 qolla bombardir olub və “qızıl buts” mükafatını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button