“İnter”in sabiq futbolçusu karyerasını bitirdi

İtaliyanın “İnter” klubunun sabiq futbolçusu Borxa Valero karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə 36 yaşlı yarımmüdafiəçi “instagram” hesabında paylaşım edib. Valero futbolçu karyerasını sonlandırdığını bildirib.

Karyerası ərzində İspaniyada “Vilyarreal”, “Malyorka”, İngiltərədə “Vest Bromviç”, İtaliyada “İnter” kimi klublarda çıxış edən Valeronun son komandası “Fiorentina” olub. Yarımmüdafiəçi İspaniya yığmasında bir oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button