Lautaro Martinesin “Barselona”ya keçidi niyə alınmayıb?

İtaliyanın “İnter” klubunun hücumçusu Lautaro Martines açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı futbolçu, ötən yay “Barselona”ya transferinin baş tutmamasının səbəbini açıqlayıb:

“Barselona”ya keçidimə çox az qalmışdı, hətta Lionel Messi ilə də danışmışdıq. Lakin “Barselona”dan mənə maddi problemlərin olduğu deyildi və mən də “İnter”də qalmağı seçdim.

Gənc yaşlarımda “Rasinq”də çıxış edərkən Madrid “Real”ının nümayəndələri iki dəfə məni izləməyə gəlmişdi. Ancaq mən karyerama Argentinada başlamaq və ordan yüksəlmək istədim”.

Martines bu mövsüm “İnter”lə 44 oyunda 17 qol vurub, 9 məhsuldar ötürmə edib. 2018-ci ildən “neradzurra”da çıxış edən hücumçunun “transfermarkt”da dəyəri 70 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button