Martin Kaseresdə koronavirus aşkarlandı

İtaliyanın “Fiorentina” klubunda koronavirusa yoluxan futbolçulardan birinin kimliyi bəlli olub.

Komanda.az xəbər verir ki, bu, müdafiəçi Martin Kaseresdir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Fiorentina” cəbhəsi də 33 yaşlı müdafiəçinin koronavirus testinin müsbət nəticələndiyini təsdiq edib.

“Fiorentina” klubu 6 üzvündə virus aşkarlandığını açıqlayıb. Bunlardan 3-ü futbolçudur.

Karyerası ərzində “Yuventus”, “Barselona”, “Latsio” kimi klublarda çıxış edən Kaseres, 2019-cu ilin avqustundan “Fiorentina”dadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button