İtaliyanın ən sürətli futbolçusu odur

Cari mövsümdə İtaliya A Seriyasının ən sürətli fuutbolçusu müəyyənləşib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Yuventus”un hücumçusu Kriştiano Ronaldonun çempionatın ilk turlarındakı sürəti 34.62 km/saat-a çatıb. Bu göstərici onu həm “Yuventus”un, həm də A Seriyasının ən sürətli hücumçusu edib.

Bu göstəricidə portuqaliyalı hücumçunu qabaqlayan yeganə futbolçu isə “Napoli”nin müdafiəçisi Kostas Manolasdır. 28 yaşlı futbolçunun sürəti saatda 35.41 km olub.

Sonrakı yerləri 34.56 km/saat sürətlə “Torino”nun futbolçusu Simeone Zaza, 34.46 km/saat-la “Roma”nın müdafiəçisi Canluka Mançini və 34.26 km/saat sürətlə “Atalanta”nın futbolçusu Berat Qimşiti tutur.