Mançini İspaniyaya məğlubiyyəti şərh etdi

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini Millətlər Liqasının yarımfinalında İspaniyaya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mançini, 1:2 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Futbol belədir. Bəzən xırda detallar nəticəni həll edir. İlk hissədə hesab 1:1 ola bilərdi. İspaniya millisi texniki və taktiki cəhətdən yaxşı təşkilatlanıb. Tam gücündə olsan belə, onlardan topu almaq çətindir. Buna görə də meydanda nələrin olduğunu təsəvvür edə bilərsiz. Düşünürəm ki, futbolçularım bütün tapşırıqları yerinə yetirdilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button