AÇ-2020: “Əsas hədəfimiz budur” – Mançini

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunda Uelsə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Mançini, hədəflərinin qələbə qazanmaq olduğunu deyib:

“Bizim üçün yaxşı oynamaq və qələbə qazanmaq önəmlidir. Əsas hədəfimiz budur. Başqa bir məqsədimiz yoxdur. Qələbə üçün oynayırıq.

Uelsə qarşı mübarizə aparmaq çətindir. Fiziki cəhətdən güclü bir komandaya qarşı oynayacağıq. Səhv etmirəmsə, son Avropa çempionatında yarımfinala qədər irəliləmişdilər. Çətin oyun olacaq. Bu matçı da qazanmaq istəyirik”.

Bu gün keçiriləcək İtaliya – Uels matçı saat 20:00-da start götürəcək.